Şamaxıda baş verən zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli deyib.
“Fevralın 27-si 4,7 maqnitudalı zəlzələ baş verəndə ocaqda gərginliyin çox olması bizi narahat edirdi. Lakin bir neçə gündür qırılma boyu xırda təkanlar davam edir. Bu, əslində çox yaxşı haldır. Ocaqda gedən gərginliyin boşalmasına kömək edir. Enerji boşalması güclü, dağıdıcı zəlzələ olması ehtimalını aradan qaldırır. Həmin zəlzələdən sonra qeydə alınan təkanlardan bir neçəsi hiss edildi. Xırda təkanlar gərginlik boşalması seysmik fon səviyyəsinə enənənə qədər davam edəcək. Əhalini narahat olmamağa səsləyirəm”, - deyə Q.Yetirmişli bildirib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:10 / 03.03.2026
Şamaxıda baş verən zəlzələdən sonra 600-ə yaxın afterşok olub - Qurban Yetirmişli
Hazırda oxunan: Şamaxıda baş verən zəlzələdən sonra 600-ə yaxın afterşok olub - Qurban Yetirmişli
Hazırda oxunan: Şamaxıda baş verən zəlzələdən sonra 600-ə yaxın afterşok olub - Qurban Yetirmişli
599442
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































