02.03.2026-cı il tarixində saat 16:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Xankəndi-Şuşa yolundan çağırış qeydə alınıb.
Bu barədə Bizim.Media-ya Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən 1999-cu il təvəllüdlü şəxs (kişi) müştərək travma diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentə kəllədaxili travma, döş qəfəsinin əzilməsi, körpücük sümüyünün sınığı, qamış sümüyünün sınığı, başın tüklü hissəsinin açıq yarası diaqnozu təyin edilib. Pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün digər tibb müəssisəsinə təxliyə olunub", - qurumdan əlavə olunub.
Qeyd edək ki, hadisə nəticəsində təcili tibbi yardım tərəfindən 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:05 / 03.03.2026
Laçın-Şuşa yolunda qəzada xəsarət alan şəxsin SON DURUMU
Hazırda oxunan: Laçın-Şuşa yolunda qəzada xəsarət alan şəxsin SON DURUMU
Hazırda oxunan: Laçın-Şuşa yolunda qəzada xəsarət alan şəxsin SON DURUMU
599441
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































