Onlardan 5 illik musiqi təhsili tələb olunacaq

Hazırda oxunan: Onlardan 5 illik musiqi təhsili tələb olunacaq

599439

Vokal sənəti ixtisasının xanəndəlik və milli vokal sahələri üzrə qəbul aparan müvafiq ali təhsil müəssisələri ilə görüşlər zamanı bu ixtisaslar üzrə ali təhsil pilləsinə qəbul üçün musiqi təhsili haqqında təhsil sənədinin tələbi barədə müzakirələr aparılıb və ali təhsil pilləsinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün 5 illik musiqi təhsilinin vacibliyi bildirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, qəbul olunmuş qərara əsasən, 2027/2028-ci tədris ilindən etibarən vokal sənəti ixtisasının xanəndəlik və milli vokal sahələri üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin qeydiyyatı zamanı ən az 5 illik musiqi təhsili sənədi tələb olunacaq.

Qeyd etmək istəyirik ki, bu il, yəni 2026/2027-ci tədris ilində vokal sənəti ixtisasının xanəndəlik və milli vokal sahələri üzrə ali təhsil müəssisələrinə qəbul əvvəlki illərdə olduğu kimi musiqi təhsili haqqında təhsil sənədi olmadan aparılacaq.

Bu qərar orta ixtisas təhsili müəssisələrinin vokal sənəti ixtisasına qəbul şərtlərinə şamil edilmir.
Murat açıqlamasında saxlanıldığı vaxt bütün medianın manşet etdiyi halda test nəticələrini yalnız bir neçə qəzetdə yayımlanmasının qınayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin