Şabran və Xaçmazın bəzi ərazilərində qaz kəsiləcək – BU TARİXDƏ

Hazırda oxunan: Şabran və Xaçmazın bəzi ərazilərində qaz kəsiləcək – BU TARİXDƏ

599420

Şabran Xidmət Sahəsinin Zeyvə xətti adlanan diametrli 219 mm-lik orta təzyiqli qaz kəmərində balans ölçü qovşağının quraşdırıması ilə əlaqədar olaraq 04.03.2026-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması planlaşdırılıb.

Bu barədə Bizim.Media-ya “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilir ki, qaz təchizatı dayandırılan müddətdə 9 kənd olmağla ( Zeyvə, Gilavar, Pirəbədil, Zöramlı, Sumağa, Dağbilici, Mumlu, Qorğan, Sumaqova) ümumilikdə 999 abonentin qaz təchizatında fasilə yaranacaq.

Xaçmaz Xidmət Sahəsinin Xudat ərazisi olan İsti Su qəsəbəsi istiqamətində çəkilmiş diametrli 108 mm-lik qaz xəttinin mövcud olan şəbəkəyə qoşulması ilə əlaqədar olaraq 04.03.2026-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması planlaşdırılıb. Qaz təchizatı dayandırılan müddətdə İsti Su qəsəbəsi, Nizami, H.Aslanov və S.Vurqun küçələri olmaqla ümumilikdə 1081 abonentin qaz təchizatında fasilə yaranacaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin