“TikTok”da qeyri-etik paylaşımlara görə 2 qadın həbs edilib.
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlərlə “TikTok” sosial şəbəkəsində ictimai əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd məzmunlar paylaşan 28 yaşlı A.Bayramova və 31 yaşlı A.Əskərli müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla onların sosial şəbəkə hesablarında cəmiyyətə açıq hörmətsizlik ifadə edən və əxlaq normalarına uyğun olmayan görüntülər yaydıqları müəyyən olunub. Hər iki şəxsin çılpaq görüntülərinin sosial şəbəkədə yayılması, həmçinin A.Əskərlinin yaydığı videoda qeyri-etik ifadələr işlətdiyi qeyd edilib.
Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Sabunçu və Yasamal Rayon
Məhkəmələrinə təqdim edilib.
A.Bayramova bildirib ki, həmin görüntüləri 2024-cü ildə Qubada olarkən sevgilisinə göndərmək üçün çəkib və sosial şəbəkələrdə özü paylaşmayıb.
A.Əskərli isə əvvəllər də oxşar əməllərə görə inzibati məsuliyyətə cəlb edildiyini deyib.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə A.Bayramova 15, Yasamal Rayon Məhkəməsinin çıxardığı qərarla isə A.Əskərli 20 sutka müddətinə inzibati qaydada həbs olunublar.
Qeyd edək ki, polis tərəfindən sosial media platformalarında ictimai qaydanın və əxlaq normalarının qorunması istiqamətində tədbirlər davam etdirilir. Qanunvericiliyin tələblərinə zidd məzmunların yayılmasına hüquqi qiymət verilir və məsul şəxslər barəsində müvafiq tədbirlər görülür.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:35 / 03.03.2026
Sosial şəbəkədə çılpaq videolar yayan qadınlar - Həbs edildi
Hazırda oxunan: Sosial şəbəkədə çılpaq videolar yayan qadınlar - Həbs edildi
Hazırda oxunan: Sosial şəbəkədə çılpaq videolar yayan qadınlar - Həbs edildi
599401
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































