Son zamanlar Gəncədə və ətraf rayonlarda davam edən isti hava şəraiti ağacların oyanmasına, bəzi yerlərdə isə çiçək açmasına imkan yaradıb. Gəncə ilə yanaşı Goranboy və Samux rayonlarında da zoğal, ərik və şaftalı ağacları artıq çiçək açıb.
Lakin mart ayının ilk günündən başlayaraq regionda havaların kəskin soyuması, bəzi ərazilərə qar yağması kənd təsərrüfatına mənfi təsir edə biləcəyi ilə bağlı fikirlər səsləndirilir.
Hətta bəzi təsərrüfat sahibləri bu il Gəncədə və ətraf rayonlarda ərik ağaclarının bol məhsul verməyəcəyi qənaətindədirlər.
Məsələ ilə bağlı Bizim.Media-nın yerli bürosuna danışan Aqrar Elmlər Doktoru, Professor Zaur Həsənov vəziyyətin o qədər də təhlükəli olmadığını deyib:
“Fevral ayında havaların isti keçməsi, temperaturun aylıq normadan yuxarı olması ağacların və bitkilərin erkən oyanmasına şərait yaradıb. Gəncədə, Samuxda, Goranboyda zoğal, ərik və şaftalı ağacları arasında çiçəkləyənləri var. Əlbəttə bu fevralın sonu, martın əvvəli üçün xarakterik bir hal deyil. Amma bitkilər və ağaclar adətən havanın temperaturuna uyğun oyanırlar.
Martın 1-i və 2-də havaların kəskin soyuması, Gəncədə və yaxın ərazilərdə qarın yağması bəzi problemlər yarada bilər. Lakin qarın yağmasına baxmayaraq temperaturun mənfi olmaması ümidverici bir haldır. Çünki qar yağsa da, ağacların bəzilərində artıq tozlanma gedib, bəziləri isə o qədər də ziyan görməyib”.
Zaur Həsənov onu da vurğulayıb ki, qarın yağması ağaclar arasında ən çox zərifliyi ilə seçilən əriklərə mənfi təsir göstərə bilər:
“Hesab edirəm ki, havanın temperaturunun 18-19 dərəcədən 1-2 dərəcəyə düşməsi, 3-4 saat qarın mənfi olmayan temperaturda yağması az da olsa, məhsuldarlığa təsir edəcək. Amma bu o dəmək deyil ki, bu il ərik olmayacaq. Lakin əgər ağaclarının məhsuldarlığı 30-40 faiz idisə, bu rəqəm 15-20 faizə qədər enə bilər. Onu da qeyd edim ki, qardan sonra gecə saatlarında mənfi temperaturun qeydə alınması və bu gündən etibarən günəşli hava şəraiti proseslərə müsbət təsirini göstərəcək”.







Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
13:00 / 03.03.2026
Vaxtsız yağan qar, fermerlərin narahatlığı – Məhsuldarlıq aşağı düşəcək? – FOTO
Hazırda oxunan: Vaxtsız yağan qar, fermerlərin narahatlığı – Məhsuldarlıq aşağı düşəcək? – FOTO
Hazırda oxunan: Vaxtsız yağan qar, fermerlərin narahatlığı – Məhsuldarlıq aşağı düşəcək? – FOTO
599391
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































