“Azərbaycanda nikahlar və boşanmalarla bağlı vəziyyət ürəkaçan deyil. Acınacaqlı durum var, ötən ilin 9 ayı ərzində 40 min nikahdan 17 mini boşanma ilə nəticələnib. Dəhşətlisi budur ki, Bakı şəhərində qeydə alınmış nikahların 56 faizi boşanma ilə nəticələnib. 100 nəfər nikah bağlayan ailə varsa, bir il keçməmiş 56-sı boşanır. Bu, olduqca ciddi məsələdir. Bunun da bir qismində daha çox kişini ittiham edib, ağırlığı onun üzərinə qoyub, aliment kəsirlər. Bunun da sıxıntısını onlar çəkirlər.
Bir çox hallarda qadınlar tərəfindən məqsədli şəkildə ailə qurduqdan bir neçə müddət keçdikdən, bir övlad dünyaya gəldikdən sonra aliment almaq məqsədilə süni şəkildə boşanma tələbi irəli sürülür”.
Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin bugünkü iclasında Ombudsmanın illik məruzəsinin müzakirəsi zamanı deyib.
O, Mediasiya Şuralarına əlavə səlahiyyətlərin verilməsini təklif edib:
“Mediasiya Şurasına səlahiyyət verməliyik ki, məhkəməyə xüsusilə qadınların, ola bilsin kiçşilərin niyyəti ilə bağlı rəy versinlər və məhkəmə bu rəyi xüsusi diqqətə alaraq alimentin kəsilməsində ədalətli olsun”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:15 / 03.03.2026
Fazil Mustafa: “Bəzi qadınlar alimentə görə övlad dünyaya gətirib, boşanmaq istəyirlər”
Hazırda oxunan: Fazil Mustafa: “Bəzi qadınlar alimentə görə övlad dünyaya gətirib, boşanmaq istəyirlər”
Hazırda oxunan: Fazil Mustafa: “Bəzi qadınlar alimentə görə övlad dünyaya gətirib, boşanmaq istəyirlər”
599380
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































