Rusiyalı iş adamı və Federasiya Şurasının keçmiş üzvü Umar Cəbrayılovun aldığı güllə yarasından sonra xəstəxanada vəfat etməsi ilə bağlı yeni iddia səslənib. Onun kiçik qızı Alvina atasının intihar etmədiyini bildirib.
Bizim.Media xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
“Onu maliyyəçi Ceffri Epşteyn və ABŞ prezidenti Donald Tramp ilə bağlı işə görə susdurublar”, – deyə o qeyd edib.
Alvina Cəbrayılova hadisə ilə bağlı irəli sürdüyü versiyanın təfərrüatlarını açıqlamayıb.
O, hazırda yaşadığı Monakodan atasının dəfn mərasiminə qatılmaq üçün vəsait topladığını da elan edib. Onun sözlərinə görə, sahibkarla vida mərasimi doğulduğu Çeçenistanda keçiriləcək, lakin tarix hələ dəqiqləşdirilir.
Xatırladaq ki, martın 2-də 67 yaşlı Umar Cəbrayılov Moskvanın Tverskaya küçəsində yerləşən hotellərdən birində güllə yarası ilə aşkar olunub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Daha sonra bir neçə mənbə onun paytaxtdakı hotellərdən birində intihar etdiyini iddia edib.
Qeyd olunur ki, ölümündən az əvvəl Cəbrailovun adı qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynin işi üzrə materiallarda hallanıb. Həmin sənədlərdə rusiyalı sahibkarın karate ilə məşğul olduğu anı əks etdirən foto da yer alıb.




Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:58 / 03.03.2026
Umar Cəbrayılovun qızı: “Atam intihar etməyib, öldürülüb” - FOTO
Hazırda oxunan: Umar Cəbrayılovun qızı: “Atam intihar etməyib, öldürülüb” - FOTO
Hazırda oxunan: Umar Cəbrayılovun qızı: “Atam intihar etməyib, öldürülüb” - FOTO
599373
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































