Ev alanların NƏZƏRİNƏ – Köhnə sahibləri qeydiyyatdan çıxarmaqla bağlı YENİ TƏKLİF

Hazırda oxunan: Ev alanların NƏZƏRİNƏ – Köhnə sahibləri qeydiyyatdan çıxarmaqla bağlı YENİ TƏKLİF

599366

“Yaşayış yerinin yeni mülkiyyətçisi tərəfindən həmin ünvana əvvəllər qeydiyyata götürülmüş şəxslərin qeydiyyatdan çıxarılmasının məhkəmədənkənar sadələşdirilmiş mexanizminin işlənib hazırlanması, bununla əlaqədar “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”

Azərbaycan Respublikası Qanununa zəruri dəyişikliklərin edilməsi məhkəmələrinin iş yükünün azaldılması və mülkiyyətçinin hüquqlarının daha səmərəli təmin edilməsi baxımından olduqca vacibdir”.

Bizim.Media xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin bugünkü plenar iclasında İnsan hüquqları üzrə müvəkkilin 2025-ci il üzrə məruzəsinin təqdimatı zamanı deyib.

O bildirib ki, həmçinin, borclu dövlət orqanlarına münasibətdə məhkəmə qərarlarının icrası mexanizmlərinə yenidən baxılması və bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi aktual məsələlərdən biri olaraq qalmaqdadır:

“2025-ci ildə Ombudsman tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm qaydada, habelə daxil olmuş müraciətlər əsasında başçəkmələr davam etdirilmiş, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə səlahiyyətli dövlət qurumlarına müvafiq təklif və tövsiyələr ünvanlanıb”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin