Sumqayıtda "ölüm növbəsi" gözləyən bina – VİDEO

Hazırda oxunan: Sumqayıtda "ölüm növbəsi" gözləyən bina – VİDEO

599319

Sumqayıt şəhəri, 15-ci məhəllə, 4 saylı yataqxanada yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, artıq bir neçə ildir şəraitsiz vəziyyətdə yaşayırlar.

Bizim.Media xəbər verir ki, onların sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, şikayətlərinə baxılmayıb.

"Artıq dözə bilmirik. Ailəmiz 5 nəfərdən ibarətdir, iki uşağımız xəstədir. Beş nəfər bir balaca otaqda yaşayırıq. Buna niyə bir əncam tapılmır? Deyirlər ki, köçürüləcəksiniz, amma ortada heç nə yoxdur. Gözləyə-gözləyə qalmışıq. Orucluq ayı girən kimi bina uçub-tökülməyə başladı", - sakinlərdən biri deyib.

Digər sakin isə bildirib: "1977-ci ildən bu yataqxanada yaşayıram. Şəraiti yoxdur, hər gün başımıza uçub-tökülür, baxan yoxdur".

Məsələ ilə bağlı yataqxananın komendantı Fazil Hacıyev açıqlama verib. O bildirib ki, ərazi plana düşüb:

"Oradakı binalar söküləcək və yerində yeni binalar tikiləcək. Sakinlərə isə müvafiq qaydada kompensasiya ödəniləcək".

<iframe width="840" height="400" src="//www.youtube.com/embed/tyRLYLhGzJo" title="&quot;Vallah, dözə bilmirik!&quot; | Sakinlər üsyan etdi: &quot;Dedilər ki, mümkün deyil, dağılacaq...&quot; - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin