Nazirlik: Toplama məntəqələrindən 119 kiloqrama yaxın işlənmiş batareya götürülüb - FOTO

Hazırda oxunan: Nazirlik: Toplama məntəqələrindən 119 kiloqrama yaxın işlənmiş batareya götürülüb - FOTO

599304

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində istifadəyə yararsız batareyaların toplanması və təhvil verilməsi prosesi davam edir.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, layihə çərçivəsində könüllülər Dövlət Məşğulluq Agentliyindən, “Araz” supermarketin Əhmədli, Space, Qutqaşınlı-1, “Spar”, 3-cü mikrorayon filiallarından, “Bravo” hipermarketin Əhmədli və 20 Yanvar filiallarından ümumilikdə 118,5 kiloqram işlənmiş batareya toplayaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil veriblər.

Layihə istifadəyə yararsız elektrik batareyalarının ətraf mühitə zərər vermədən toplanması və təhlükəsiz utilizasiyasını təşkil etməklə yanaşı, ictimaiyyət arasında ekoloji məsuliyyətin artırılması və tullantıların düzgün idarəolunması sahəsində maarifləndirmənin gücləndirilməsini hədəfləyir.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin