Martın 3-ü Ramazan ayının on üçüncü günüdür.
Bizim.Media xəbər verir ki, imsak vaxtı 05:46-ya, iftar isə 18:49-a təyin olunub.
On üçüncü günün imsak duası:
“Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit- tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil- məsakin”.
Tərcüməsi:
“İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı”.
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul etsin!
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:06 / 02.03.2026
Ramazanın 13-cü günü: İftar və imsak vaxtları, günün duası
Hazırda oxunan: Ramazanın 13-cü günü: İftar və imsak vaxtları, günün duası
Hazırda oxunan: Ramazanın 13-cü günü: İftar və imsak vaxtları, günün duası
599285
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































