Nazirlər Kabineti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vahid elektron informasiya sistemi haqqında əsasnaməsini təsdiq edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərar Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin (VEİS) hüquqi əsaslarını müəyyən edir və sistemin fəaliyyətinin təşkili qaydalarını tənzimləyir.
Qərarın icrası nəticəsində dövlət orqanları arasında məlumat mübadiləsi daha operativ və şəffaf olacaq, çağırış və səfərbərlik sahəsində elektron xidmətlərin göstərilməsi genişlənəcək, məlumatların mərkəzləşdirilmiş və təhlükəsiz şəkildə idarə olunması təmin ediləcək.
Bizim.Media
































































































