Xaçmazın Xudat şəhərindən olan antiterror şəhidi Devid Cəlilovun doğum günü 4 ildən bir qeyd edilir. 2004-cü ilin 29 fevralında dünyaya göz açan şəhidin ad günü bu il fevralın 28-də qeyd edilib.
Devid Cəlilov 29 fevral 2004-cü ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olub. Xudat şəhərindəki 3 nömrəli orta məktəbdə təhsil alıb.
Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına xidmətə çağrılıb. Devid Cəlilov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunda şəhid olub.
Tərxis olunmasına cəmi 10 gün qalıbmış…
Ətraflı Bizim.Media-nın videosüjetində:
Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim.Media, Şimal bürosu
































































































