Deputat: 1600-dən çox bələdiyyənin bir uşaq bağçası belə yoxdur

Hazırda oxunan: Deputat: 1600-dən çox bələdiyyənin bir uşaq bağçası belə yoxdur

599121

Bələdiyyələrdən 2-3-ü birləşib uşaq bağçası aça bilər. Bu gün bağçalara böyük ehtiyac var.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında deputat Tahir Rzayev bildirib.

“Özəl bağçaların fəaliyyətinə nə qədər vəsait xərclənir? Azərbaycanda fəaliyyət göstərən 1600-dən çox bələdiyyənin bir bağçası belə yoxdur. Ədliyyə Nazirliyi müəyyən tədbirlər həyata keçirir. Amma təəssüf ki, bunlar elə kağız üzərində də qalır. Bələdiyyələrə imkanlar yaradılıb”, - deyə deputat əlavə edib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin