Oğlu ilə birlikdə qardaşını döyən şəxs amnistiyaya düşdü

Hazırda oxunan: Oğlu ilə birlikdə qardaşını döyən şəxs amnistiyaya düşdü

599110

Ağdam Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Müzəffər Adıyev və onun oğlu Elvin Abdıyevin (hər ikisinin soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxsin Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.14 və 5.1-ci bəndlərinə əsasən xitam verilib və onlar cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxslər barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub.

İttihama görə, hadisə 17 iyul 2025-ci il tarixdə saat 08 radələrində Ağdam rayonu Əfətli kəndi ərazisində baş verib.

Belə ki, Müzəffər Adıyev yaşadığı evin həyətyanı sahəsinin yaxınlığından keçən yolun kənarında yerləşən su arxının otlarını biçib və həmin otların qardaşı, zərərçəkmiş Nəriman Adıyevin (soyadı şərtidir) həyətinə gedən su borusunun yaxınlığında yandırıb. Buna görə tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Müzəffər Adıyev oğlu Elvinlə birlikdə bir qrup şəxs halında zərərçəkmiş şəxsə hücum edib. Məlumata görə, onlar Nəriman Adıyevə qəsdən bir neçə dəfə baş, yumruq və təpiklə ardıcıl zərbələr endiriblər.
 

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsə alın nahiyəsinin sol yarısının, sağ qaşüstü nahiyənin və üst dodağın sol yarısının əzilmiş-cırılmış yaraları, baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah nahiyəsinin hematoması, sağ göz yuvası ətrafı yumşaq toxumaların, boyun nahiyəsinin, döş qəfəsinin ön səthinin və hər iki kürək nahiyəsinin dərialtı hematomaları kimi xəsarətlər yetirilib.


Bu xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirilib.

Hadisədən sonra ata və oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və onların barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin