500-ə yaxın Rusiya vətəndaşı İrandan Azərbaycana GƏLDİ

Hazırda oxunan: 500-ə yaxın Rusiya vətəndaşı İrandan Azərbaycana GƏLDİ

599022

Azərbaycan indiyə qədər biznes nümayəndələri də daxil olmaqla 500-ə yaxın rusiyalıya İranla sərhədi keçmək üçün icazə verib.

Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Mənbənin agentliyə bildirdiyinə görə, icazələr Rusiya tərəfinin sorğuları əsasında verilir.

"Sərhədi keçmək üçün təxminən 500-ə yaxın icazə verilib. İranda fəaliyyət göstərən Rusiya təşkilatlarının və şirkətlərinin nümayəndələri artıq sərhədi keçiblər", - deyə mənbə bildirib.

Mənbə bildirib ki, "Azərbaycan Rusiya vətəndaşlarının İrandan təxliyəsi məsələsində Rusiya Federasiyasına maksimum dəstək göstərir".

Qeyd edək ki, Rusiyanın Tehrandakı səfirliyi “Telegram” kanalında rusiyalıların İrandan təxliyə olunmaq üçün iki keçid məntəqəsindən - Azərbaycan və Ermənistan sərhədindən keçə biləcəklərini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin