Azərbaycanda tanınmış sahibkar VƏFAT ETDİ

Hazırda oxunan: Azərbaycanda tanınmış sahibkar VƏFAT ETDİ

598977

Gəncə şəhərində tanınmış sahibkar, "Karamel" qadın geyimləri mağazasının sahibi vəfat edib.

Bizim.Media xəbər verir ki, 1982-ci il təvəllüdlü Fərid Əkbərovun iş yerində səhhətində qəfil problem yarandığı bildirilir. 

O, təcili tibbi yardım avtomobili ilə şəhərdə fəaliyyət göstərən özəl xəstəxanalardan birinə çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
 

İlkin məlumata görə, mərhumda yüngül soyuqdəymə əlamətləri olub. Onun daha sonra vəziyyəti qəfil ağırlaşıb və şoka düşüb.


Qeyd edək ki, Fərid Əkbərov 25 ildən artıq idi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Onun Gəncədə geyim satışı üzrə bir neçə mağazası fəaliyyət göstərirdi və şəhər ictimaiyyəti arasında tanınan simalardan biri idi./Milli.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin