“Ağrını kəsmək xəstəliyi sağaltmır” – Həkimdən özbaşına dərman qəbul edənlərə XƏBƏRDARLIQ

Hazırda oxunan: “Ağrını kəsmək xəstəliyi sağaltmır” – Həkimdən özbaşına dərman qəbul edənlərə XƏBƏRDARLIQ

598904

Həkimlər tərəfindən dəfələrlə edilən xəbərdarlıqlardan biri də budur ki, həkim diaqnoz təyin etmədən dərman qəbul etmək olmaz. Reseptsiz satılan dərmanların əksəriyyəti həkimlə məsləhətləşmədən istifadə edilir. Xüsusilə ağrıkəsici dərmanlar ən tez-tez qəbul edilən dərmanlardan biridir. Bəzən insanlar yüngül baş ağrısında belə, dərmana üz tuturlar. Ancaq ağrının nədən qaynaqlandığını öyrənmirlər, həkimə müraciət etmirlər.

Ağrıkəsicilər reseptsiz satılırsa, bu onların tez-tez qəbul edilməsinin zərərsiz olduğu mənasına gəlir?

Bizim.Media mövzuyla bağlı farmakoloq Aydın Əliyevin fikirlərini öyrənib. O, vurğulayıb ki,
həkimlə məsləhətləşmədən dərman qəbul etmək olmaz:

“Başın ağrıması o demək deyil ki, ağrı başdan qaynaqlanır. Bəlkə onurğa sütununda hər hansı bir problem var və sinir sistemilə başa ağrı ötürülür. Yəni dərman baş ağrısını kəssə belə, xəstəlik olduğu kimi qalır. O ağrılar nəyinsə simptomudur, müəyyən olunmalıdır ki, nədən yaranan ağrıdır. Bəlkə qaraciyərdə ağrı var, o ürəyə ötürülür. Xəstə isə ürəyi sakitləşdirən  dərman içir, bunun nə xeyri var ki? Daha da bədən zəhərlənir. Dərmanı tez-tez istifadə etdikdə ağrıkəsiciyə qarşı öyrəşmə yaranır”.

Aydın Əliyev apteklərdə reseptsiz dərman satılmamasının tərəfdarıdır:

"Gözləyirəm ki, bir gün Azərbaycanda da apteklərdə reseptsiz dərman verməyəcəklər. İnsanlar davamlı olaraq dərman qəbul etməsinlər, yalnız həkim diaqnozu ilə nə zaman, nə qədər dozada qəbul ediləcəyi müəyyən olunmalıdır. Hansı dərman hansı qidalardan sonra qəbul edilməlidir kimi şərtlər var".

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin