İran üzərindən Azərbaycana köçürüləcək şəxslərin daşınmasını təmin etmək üçün Azərbaycan–İran sərhəd xəttinə sərnişin avtobusları cəlb olunub.
Bizim.Media xəbər verir ki, ilkin mərhələdə bir neçə avtobus sərhəd zonasındakı gözləmə sahəsində saxlanılır.
Məlumata görə, bu avtobuslar Astara sərhəd-keçid məntəqəsi vasitəsilə ölkəyə daxil olan şəxsləri heç bir ödəniş tələb olunmadan paytaxt istiqamətində aparacaq.
Təxliyə prosesi zamanı ölkəyə keçən vətəndaşların sayına uyğun olaraq avtobusların sayının artırılması da nəzərdə tutulur. Hazırda sərhəd ərazisində bütün təşkilati məsələlərin əlaqələndirilmiş şəkildə icra olunduğu bildirilir.



Sabutay, Bizim.Media, Cənub bürosu.

- A-
- A
- A+
Cəmiyyət
22:28 / 28.02.2026
Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirildi - FOTO
Hazırda oxunan: Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirildi - FOTO
Hazırda oxunan: Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirildi - FOTO
598889
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































