Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilən "Gənc Liderlər üçün Qış Universiteti"nin dördüncü günü müxtəlif panel müzakirələri ilə davam edib.
Bizim.Media xəbər verir ki, panellərdə iştirak edən millət vəkilləri Məzahir Əfəndiyev "Gənc liderlər: Dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılmasında gənc liderlərin rolu", Jalə Əhmədova "Gənc liderlərin özünü ifadə və etik davranış qaydaları", Könül Nurullayeva "Gənclər siyasəti, gender bərabərliyi və ictimai fəaliyyət", ekspert Əli Hacızadə "İnformasiya müharibəsi - rəqəmsal dünyanın reallığı" mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.
Qeyd edək ki, "Davam" Gənclər Hərəkatı layihənin yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naftalan Şəhər İcra Hakimiyyətinə öz təşəkkürünü bildirir.
Layihənin məqsədi gənc liderlərin kəşf edilməsi, onların intellektual inkişafına nail olmaq, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:04 / 12.02.2022
Millət vəkilləri gənclərlə bu mövzularda söhbət etdilər - FOTO
Hazırda oxunan: Millət vəkilləri gənclərlə bu mövzularda söhbət etdilər - FOTO
Hazırda oxunan: Millət vəkilləri gənclərlə bu mövzularda söhbət etdilər - FOTO
59888
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.