Niyə kişilər ağlayanda gözlərini, qadınlar isə ağzını TUTUR?

Hazırda oxunan: Niyə kişilər ağlayanda gözlərini, qadınlar isə ağzını TUTUR?

598862

Qadın və kişi təkcə cinsinə görə yox, həm də təbiətlərinə görə bir-birindən fərqlənirlər. Bu fərqlilik bir çox hallarda təəccüb doğuracaq qədər böyükdür. Məsələn, kişilər ağlayarkən gözlərini, qadınlar isə ağzını tutur.

Bu yaranışdan belədir və min illər boyu bu xarakter dəyişməyib.

Bəs, niyə kişilər ağlayanda gözlərini, qadınlarsa ağzını tutur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan dinşünas Tural İrfan deyir ki, müxtəlif adətlər, fərqli inanclar bəzən dinə qarışıb, nəticədə cəmiyyətdə müəyyən bir məna kəsb edən hadisəyə çevrilib:

“Bəzi hallarda qədim xalq inancları, ənənələri, müəyyən rituallar şəklini alaraq bu günə qədər gəlib çatıb. İnsanın sosial həyatından, məişət problemlərindən doğan müxtəlif hadisələrə məna verilməyə çalışılıb, bəzən bu, dinlə əlaqələndirilib. Qadının ağlayarkən ağzını, kişinin isə gözünü qapatması da insan fitrətindən doğan təbii hadisədir. Şübhəsiz ki, yaradılış zamanı qadına və kişiyə müxtəlif fərqli xarakter və xüsusiyyətlər verilib.

Qadına əsasən fitri olaraq həya, ismət xüsusiyyətləri, kişiyə isə qürur, liderlik xarakteri bəxş edilib.

Bu xüsusiyyətlər yaradılışdan insanda olsa da, özü tərəfindən həmin istiqamətdə təkmilləşdirilə və ya tərk edilə də bilər. Ona görə hər kəs axıra qədər yaradıldığı qəlibdə qalmır. Kişi xilqətinə daha çox qürur, əyilməzlik, dözüm xas olduğuna görə o ağlayarkən gözlərini və göz yaşlarını gizlətməyə meyllidir. Qadın isə hansı səbəbdən ağlamasına rəğmən hissə qapanıb yanlış ifadə işlətməkdən ehtiyat etdiyi üçün ağzını örtür. Normal insan həyat barədə heç bir maarifləndirmə olmasa belə ona Allah tərfindən verilmiş fitri istedad, qabiliyyət və xüsusiyyətləri nəticəsində müəyyən məsələlərdə özündən asılı olmayaraq, qeyri-ixtiyari hansısa uyğun addımı atmalı olur.

Əslində insanın məhz Allah tərəfindən yaradıldığının əqli dəlillərindən biri də budur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin