Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Salyanda sursat aşkarlanıb.
Bizim.Media xəbər verir ki, Abşeron Xətt Polis Məntəqəsinin əməkdaşları Salyan rayonun Xıdırlı kəndi ərazisində xidmət aparan zaman Şirvan su kanalının sahilində partlamamış mərmi aşkarlayıblar.
Sursatın tapıldığı yerin ətrafında əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Mərmi təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb və aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.

Bizim.Media





























































































