Uzuntəpə su anbarında subasma təhlükəsi yaranıb - FOTO/VİDEO

Hazırda oxunan: Uzuntəpə su anbarında subasma təhlükəsi yaranıb - FOTO/VİDEO

598811

Axşam saatlarından etibarən bölgəyə yağan intensiv yağışlardan sonra Cəlilabad rayonunda Mişarçayda sululuq kəskin artıb, hazırda çaydan sel keçir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Cəlilabad rayonu ərazisində yerləşən Uzuntəpə su anbarında isə suyun həcmi maksimum səviyyəyə çatıb.
 

Səhər saatlarında subasma təhlükəsi yarandığından əraziyə texnika cəlb olunub, müvəqqəti bəndlər qurulub.


Hazırda su anbarında daşqın riski qalmaqdadır. Riskin artacağı təqdirdə, günorta saatlarına doğru suyun təhlükəsiz ötürülməsi məqsədilə anbarın ön hissəsinin texnika vasitəsilə açılması nəzərdə tutulur.





Sabutay Nağı, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin