XİN İsraildəki Azərbaycan vətəndaşlarına MÜRACİƏT ETDİ

Hazırda oxunan: XİN İsraildəki Azərbaycan vətəndaşlarına MÜRACİƏT ETDİ

598797

Azərbaycan Xarici İşlər Nazirliyi İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda ölkə vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır.

Bizim.Media xəbər verir ki, bununla bağlı XİN "X" hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Hazırda İsraildə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur.

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Əlaqə vasitələri:

Azərbaycanın İsrail Dövlətindəki Səfirliyi

[email protected]

+972 54 539 77 88"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin