Diş fırçasını nəyə görə tez-tez dəyişdirməliyik? – Maraqlı SƏBƏB

Hazırda oxunan: Diş fırçasını nəyə görə tez-tez dəyişdirməliyik? – Maraqlı SƏBƏB

598782

Əgər diş fırçanız altı aydır ki, stəkanda "yaşayırsa" bu pis xəbərdir. Köhnə diş fırçası yalnız təsirsiz deyil, həm də mina və diş ətləri üçün təhlükəlidir.

Bilirik ki, dişlərimizi gündə iki dəfə ən azı iki dəqiqə fırçalamalıyıq. Bununla belə, bir çox insanın görməzdən gəldiyi başqa bir vacib detal var: diş fırçasını müntəzəm olaraq dəyişdirmək.

Bizim.Media xəbər verir ki. Klivlend Klinikasının tədqiqatına görə diş fırçası ən azı üç-dörd aydan bir dəyişdirməlidir.

Hər istifadədən sonra diş fırçanızı yaxşıca yaxalasanız belə, o, yenə də bakteriyalar üçün çoxalma mühitinə çevrilir və zamanla təsirini itirir.

Diş fırçanızı dəyişdirməyin tam vaxtı nə zamandır?

Yalnız tüklərin rənginə və sıxlığına etibar etmək ən yaxşı strategiya deyil. Təqviminizdə bir qeyd aparın. Və diş fırçasının üç aydan tez dəyişdirin. Ona görə ki, ötən müddətdə tüklər köhnəlib və ya deformasiyaya uğrayıb. Qrip, boğaz ağrısı və ya başqa bir infeksiya keçirmisinizsə bunun izləri fırçada qalır.
 

Köhnə diş fırçası yalnız estetik məsələ deyil. Bu sırf təhlükəsizlik məsələsidir. Ona görə ki, köhnə diş fırçasında asanlıqla bakteriya toplanır. Nəzərə alaq ki, ağzımız bütöv bir mikrokosmosdur. Bəzi bakteriyalar faydalıdır, bəziləri isə faydalı deyil. Və onlar asanlıqla tüklərə çökürlər.


Sadəcə su ilə yaxalamaq mikroorqanizmləri tamamilə öldürmür. Əgər xəstələnmisinizsə, bakteriya və viruslar sağaldıqdan sonra belə diş fırçanızda qala bilər və bu da potensial olaraq təkrar infeksiyaya səbəb ola bilər. Buna görə də diş həkimləri xəstəlikdən dərhal sonra diş fırçanızı dəyişdirməyi məsləhət görürlər.

Köhnə diş fırçası dişlərinizi də yaxşı təmizləmir. Çünki tüklər zamanla köhnəlir. Gündəlik minlərlə irəli-geri hərəkət diş fırçasının formasını itirməsinə səbəb olur. Nəticədə lövhənin təmizlənməsi pozulur, çürüklük riski artır, diş ətlərinin iltihabı nkişaf edə bilər.
 

Bundan əlavə köhnəlmiş tüklər də həddindən artıq aqressivləşə bilər. Onlar minaya və diş ətlərinə zərər verə bilər. Tüklər aşındıqda, insanlar tez-tez şüursuz olaraq dişlərini daha sərt fırçalamağa başlayırlar.


Həddindən artıq təzyiq və qaba tüklər həm də minaya zərər verə, diş həssaslığına səbəb ola və diş ətlərinin geriləməsinə-qurumasına səbəb ola bilər. Ona görə də diş fırçanızı ən azından 3 aydan bir dəyişin

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin