Qax rayonunda qarın hündürlüyü 40 sm-ə çatıb. Dünən gecə saatlarından Qax rayonunun dağətəyi kəndlərinə dayanmadan qar yağıb.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, ən çox qar rayonun dağlıq İlusu və Ağçay kəndinə yağıb. Ağçay kənd sakinlərinin məlumatına görə, burada qarın hündürlüyü 40 sm-dən çoxdur
Onu da qeyd edək ki, qarın yağmasından bu dəfə kənd sakinləri heç də məmnun olmadıqlarını vurğulayıblar. Çünki artıq çərşənbələr başladığı üçün yazın gəlişi hiss olunur.
Bu səbəbdən ağaclar tumurcuqlanmağa və bəziləri isə çiçək açmağa başlayıb. Kənd sakinləri düşünür ki, yağan qar həmin ağaclar üçün böyük ziyan vuracaq.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu



























































































