Üzünüzdəki sızanağın səbəbi BUNLAR ola bilər

Hazırda oxunan: Üzünüzdəki sızanağın səbəbi BUNLAR ola bilər

598778

Dərinin həddindən artıq yağ ifraz etməsi, məsamələrin tutulması, bəzi dərmanlar və düzgün olmayan qidalanma sızanaq və aknenin yaranma səbəbləri arasındadır.

Mütəxəssislərin açıqlamalarına görə, bu məsələdə həm dəri təmizliyi və qulluğuna, həm də sağlam qidalanmaya diqqət yetirmək olduqca vacibdir.

Bizim.Media "CNN Türk"-ə istinadən xəbər verir ki, sızanaq və aknenin yaranmasına şərait yaradan 8 qida müəyyən edilib.
 

Yetkin yaşlarda sızanaq təkcə estetik problem deyil, ümumi sağlamlıq baxımından da ciddiyə alınmalı bir vəziyyətdir. Dəri tipinə uyğun olmayan kosmetik vasitələr, bağırsaq baryerinin, hormonal tarazlığın pozulması, stres və qida intoleransı akneni tətikləyən amillər sırasındadır.


Bu problemdən əziyyət çəkən şəxslərin mütləq mütəxəssisə müraciət etməsi vacibdir. Digər tərəfdən, qəbul edilən qidalar da sızanağa səbəb ola bilər.

Mütəxəssislərin sözlərinə görə, xüsusilə yağlı dəri tipinə sahib olan şəxslərin uzaq durmalı olduğu qidalar bunlardır:

1. Paketlənmiş qəlyanaltılar və şəkər tərkibli qidalar - qan şəkərini sürətlə yüksəldərək insulinin artmasına və yağ ifrazının stimullaşmasına səbəb ola bilər.

2. Süd və süd məhsulları - xüsusilə yağsız süd bəzi insanlarda hormonabənzər maddələrə görə aknenin artmasına yol aça bilər.

3. Şokolad - yüksək şəkər və süd tərkibinə görə iltihabı (inflamasiyanı) tətikləyə bilər.

4. Qızartmalar və fast-food qidaları - trans yağlar və doymuş yağ tərkibi dəridə yağlanmanı artıra bilər.

5. Qazlı və şəkərli içkilər - yüksək qlisemik yükə görə aknenin yaranmasını dəstəkləyə bilər.

6. Emal olunmuş ət məhsulları - qatqı maddələri və doymuş yağ tərkibi iltihabı artıra bilər.

7. Həddindən artıq qəhvə istehlakı

8. Protein tozları - idmançılar arasında geniş yayılan bu qida əlavələri bəzi şəxslərdə aknenin artması ilə əlaqələndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin