Kəlbəcərə qayıdış DAVAM EDİR: 27 ailə doğma yurda qovuşdu - VİDEO

Hazırda oxunan: Kəlbəcərə qayıdış DAVAM EDİR: 27 ailə doğma yurda qovuşdu - VİDEO

598739

“Böyük Qayıdış” proqramı çərçivəsində Kəlbəcər rayonuna növbəti köç mərhələsi uğurla həyata keçirilib. Proqramın növbəti mərhələsi çərçivəsində təşkil olunan sayca 5-ci köç karvanı ilə 27 ailə Kəlbəcər şəhərinin birinci yaşayış məhəlləsinə köçürülüb və mənzillərlə təmin olunub”.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat xidməti şöbəsinin müdiri Nuranə Babayeva deyib.
 

O, həmçinin bildirib ki, bu mərhələdə doğma yurda qayıdanlar arasında Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin də ailəsi yer alıb: "Bu mərhələ də daxil olmaqla, ümumilikdə Kəlbəcər şəhərinə 135 ailə qayıdıb. Köç karvanında Vətən müharibəsi qəhrəmanı, polkovnik-veteran Anar Əliyevin ailəsinin də yer alması xüsusi qürurla qarşılanıb”.


Qeyd edək ki, Kəlbəcərə qayıdış mərhələli şəkildə davam etdirilir və yeni yaşayış məhəllələrində məskunlaşma prosesi həyata keçirilir.


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin