Sabunçu Tibb Mərkəzinin nəzdindəki Maştağa Xəstəxanasında növbəti sosial aksiya - FOTO

Hazırda oxunan: Sabunçu Tibb Mərkəzinin nəzdindəki Maştağa Xəstəxanasında növbəti sosial aksiya - FOTO

598723

Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Maştağa Xəstəxanası tərəfindən növbəti sosial aksiya uğurla həyata keçirilib.

Bizim.Media xəbər verir ki, aksiya çərçivəsində aztəminatlı ailələrdən olan uşaqlar üçün icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində sünnət əməliyyatları təşkil olunub.

Tədbirdə Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova, Maştağa Xəstəxanasının baş həkimi, direktor müavini Namiq Nəbiyev, cərrahi işlər üzrə direktor müavini Kamil Hacıyev, eləcə də inzibati işlər üzrə direktor müavini Rəşad Veysov istirak ediblər.

Sünnət aksiyası Bakı şəhəri 1 nömrəli ümumtəhsil internat məktəbinin aztəminatlı ailələrdən olan 6–8 yaş aralığında 10 azyaşlı sakini üçün nəzərdə tutulub. Əməliyyatlardan əvvəl uşaqlar həkim müayinəsindən keçirilib, onların sağlamlıq vəziyyəti qiymətləndirilib və prosedur tibbi göstərişlərə uyğun şəkildə icra olunub.

Cərrahi müdaxilələr Maştağa Xəstəxanasının təcrübəli həkim-cərrahları – Ənvər Qurbanov, Elman Salamov və Səadət Ömərova tərəfindən yüksək peşəkarlıqla həyata keçirilib.

Sabunçu Tibb Mərkəzinin direktoru N. Bəşirova çıxışında bildirib ki, belə humanitar aksiyaların əsas məqsədi sosial həssas təbəqəyə dəstək olmaq, uşaqların sağlamlığının qorunmasına töhfə vermək və cəmiyyətə faydalı təşəbbüsləri davamlı şəkildə həyata keçirməkdir.

Aksiyanın sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, valideynlərə isə tibbi tövsiyələr verilib.

Sabunçu Tibb Mərkəzi tərəfindən sosial yönümlü layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin