Ginnesin Rekordlar Kitabına düşən azərbaycanlı idmançı dənizdə ölü tapılıb.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəranın Aşağı Nüvədi kənd sakini, tanınmış rekordçu Ələsgər Həsənzadənin meyiti sahildə aşkarlanıb.
Bildirilib ki, meyit aidiyyəti üzrə təhvil verilib, ölümün səbəbləri araşdırılır.
Qeyd edək ki, Ə. Həsənzadə Moskvada keçirilən idman yarışının qalibi olub. Belə ki, o, yeddi yaşında olarkən 1 saat 44 dəqiqə 25 saniyə ərzində arxası üstə uzanmış halda əllərini ayaqlarına tərəf (buna idman termini ilə “press” deyirlər) 3 min dəfə çatdıraraq dünya rekordunu təzələyib.
Bununla da o, dünyada Ginnesin Rekordlar Kitabına düşən ilk azyaşlı olub. O, həmçinin, Ginnesin Rekordlar Kitabında fəxri üzv kimi qeydə alınmışdır.
Qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:42 / 27.02.2026
Ginnesin Rekordlar Kitabına düşmüşdü, - Sahildə ölü tapıldı - FOTO
Hazırda oxunan: Ginnesin Rekordlar Kitabına düşmüşdü, - Sahildə ölü tapıldı - FOTO
Hazırda oxunan: Ginnesin Rekordlar Kitabına düşmüşdü, - Sahildə ölü tapıldı - FOTO
598719
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































