''Evdə müalicə alanlara antibiotik və antivirus preparatları verilmir'' - RƏSMİ

Hazırda oxunan: ''Evdə müalicə alanlara antibiotik və antivirus preparatları verilmir'' - RƏSMİ

5986

Bakı şəhəri üzrə poliklinikalar da gücləndirilmiş iş rejiminə keçirilib. Belə ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00-dan 18:00-dək vətəndaşlara COVID-19-la bağlı xidmətlər göstərilir.

Bakı şəhəri üzrə evdə nəzarətdə olan şəxslər yaşadıqları ərazi üzrə poliklinikanın sahə həkimi ilə yaxud Səhiyyə Nazirliyinin 814 çağrı mərkəzi ilə əlaqə saxlayırlar.

Bizim.Media-nın məlumatına görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirib ki, sahə həkimləri koronavirusa yoluxmuş evdə nəzarətdə olan xəstənin vəziyyətini 14 gün ərzində gündəlik müşahidə edir.

''Xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən vitamin kompleksi ilə təmin olunurlar. Kompleksə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir''.

''Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur''.

''Evdə nəzarətdə saxlanılan şəxslərə sahə poliklinikaları tərəfindən göstərilən xidmətə antibiotik və antivirus əleyhinə preparatların verilməsi, eləcə də venadaxili inyeksiyaların qəbulu daxil deyil''.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin