Yaşı 60-dan çox olanların NƏZƏRİNƏ

Hazırda oxunan: Yaşı 60-dan çox olanların NƏZƏRİNƏ

598593

Əmək müqaviləsinə xitam verilməsi qadağan olunan işçilərin siyahısının genişləndirilməsi təklif edilir.

Bizim.Media xəbər verir ki, bu, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
 

Qeyd edilib ki, 60 yaşdan yuxarı olan şəxslərin əmək müqaviləsinə xitam verilməsinin qadağan olunması təklif edilir.


Hazırkı qanunvericiliyə görə, işəgötürən tərəfindən: 

- hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;

- yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;

- əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinə xitam verilməsi qadağandır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin