İnternet və sosial şəbəkələrdə psixi sağlamlıq sahəsində yardım göstərmək hüququ olmayan şəxslər tərəfindən müvafiq seans və məsləhət xidmətlərinin göstərilməsinin qarşısının alınması mexanizmləri hazırlana bilər.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində əksini tapıb.
Ombudsman sosial şəbəkələr üzrə aparılan monitorinqlərin nəticələrindən irəli gələrək, psixi sağlamlıq sahəsində yardım göstərmək hüququ olmayan şəxslər tərəfindən internet və sosial şəbəkələr vasitəsilə müvafiq seans və məsləhət xidmətlərinin göstərilməsinin qarşısının alınması üzrə mexanizmlərin işlənib hazırlanmasını təklif edib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:22 / 27.02.2026
“İnternet psixoloqları”na BƏD XƏBƏR
Hazırda oxunan: “İnternet psixoloqları”na BƏD XƏBƏR
Hazırda oxunan: “İnternet psixoloqları”na BƏD XƏBƏR
598579
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































