Ombudsman: “Uşaqlara mənfi təsir edən oyun və verilişlər məhdudlaşdırılsın”

Hazırda oxunan: Ombudsman: “Uşaqlara mənfi təsir edən oyun və verilişlər məhdudlaşdırılsın”

598576

Uşaqların psixikasına, davranışına mənfi təsir edən sosial şəbəkə, televiziya proqramları, oyunların məhdudlaşdırılması haqqında qanunvericiliyə dəyişikliklər edilməsi təklif edilib.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində əksini tapıb.

Belə ki, zorakılığı təbliğ edən halların müəyyən edilməsi və qarşısının alınması məqsədilə ölkəmizdə uşaqların daha çox istifadə etdikləri sosial şəbəkə, platforma və internet saytları, o cümlədən televiziya proqramları, filmlər və oyunlar üzrə davamlı monitorinqlərin aparılması, bu yaşda olan şəxslərin psixikasına, sağlamlıq durumuna və davranışına mənfi təsir edə biləcək halların müəyyən edilməsi və məhdudlaşdırıcı tədbirlərin görülməsi, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflər qeyd edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin