Hava şəraiti dəyişəcək - Yollarda diqqətli olun!

Hazırda oxunan: Hava şəraiti dəyişəcək - Yollarda diqqətli olun!

598573

“Meteoroloji proqnozlara əsasən, qarşıdakı günlərdə ölkəmizin bəzi ərazilərində yağıntılı və əlverişsiz hava şəraiti gözlənilir. Bu hal yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola bilər”.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində deyilir.

Baş Dövlət Yol Polisi sürücülərə və piyadalara bir daha diqqətli olmağı tövsiyə edib.
 

“Sürücülərdən xahiş edirik ki, hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorusunlar, qəfil manevrlərdən və kəskin əyləclərdən çəkinib yağış, duman və ya qar zamanı işıqlandırma sistemlərinin sazlığına xüsusi diqqət yetirsinlər, zərurət olmadıqca riskli ötmə əməliyyatları aparmasınlar”, - qurumdan bildirilib.


Piyadalara tövsiyə olunub ki, yolu yalnız müəyyən olunmuş yerlərdən keçsinlər, hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini və sürətini düzgün qiymətləndirsinlər, qaranlıq və görünüşün məhdud olduğu hava şəraitində daha diqqətli olsunlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin