Balakəndə YANĞIN OLDU - 75 yaşlı ev sahibi xəsarət aldı

Hazırda oxunan: Balakəndə YANĞIN OLDU - 75 yaşlı ev sahibi xəsarət aldı

598540

Bu gün axşam saatlarında Balakənin Meşəşanbul kənd sakini 75 yaşlı Ramazan Burqayevə məxsus mənzildə yanğın baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, birmərtəbəli, 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın barədə məlumat daxil olan kimi hadisə yerinə Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb olunub.

Yanğınsödürənlərin səyi nəticəsində alovun genişlənməsinin qarşısı alınıb.
 

Yanğın nəticəsində evin bir otağının yanar konstruksiyaları və bir ədəd xalça qismən yanıb. Yanğın zamanı ev sahibi Ramazan Burqayev əl və üz nahiyəsindən müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıb.


Əraziyə çağrılan Təcili tibbi yardım bridasasının həkimləri ev sahibinə yerində ilkin tibbi yardım göstərib.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin