İqtisadi Şuranın iclası keçirildi - FOTO

Hazırda oxunan: İqtisadi Şuranın iclası keçirildi - FOTO

598509

Bu gün Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində "Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup"u tərəfindən hazırlanan "Məhkəmə və hüquq" sahəsinə və "Dövlət satınalma prosedurları" sahəsinə dair sahibkarların qaldırdığı aktual məsələlər ətraflı müzakirə olunub.

Bizim.Media xəbər verir ki, gündəlikdə olan məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, İşçi Qrupun rəhbəri Natiq Əmirovun və Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədovun məruzələri dinlənilib.
 

İclasda təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və dəvət olunanlar Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri İnam Kərimov, ədliyyə naziri Fərid Əhmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çıxış ediblər.

 

Yekunda iclas iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlərin həlli istiqamətində müvafiq normativ-hüquqi aktların layihələrinə dəyişiklikləri hazırlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin