Pandemiya ilə mübarizə üçün respublikanın bir sıra şəhər və rayonlarında ayrılmış xüsusi rejimli 48 xəstəxanada vətəndaşların sağlamlığının qorunması məqsədilə minlərlə tibb işçisi öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir.
Bizim.Media xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında qeyd edilib.
Agentlikdən bildirilib ki, bir sıra hallarda öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə çalışan bəzi şəxslər bu yolda canını və sağlamlığını təhlükəyə atan həkimlərimizin əziyyətlərinə kölgə salmaqdan belə çəkinmirlər.
''Sözügedən halların qarşısını almaq məqsəd ilə vətəndaşlar məsələ ilə bağlı həm Səhiyyə Nazirliyinə (9103(0)), həm də TƏBİB-ə (+99 451 513 15 42) müraciət edə bilərlər.
Vətəndaşlardan xahiş edilir ki, rastlaşdıqları neqativ hallarla bağlı yuxarıda qeyd edilən nömrələr vasitəsi ilə məlumat versinlər'',- deyə məlumatda qeyd edilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:25 / 22.12.2020
\'\'Vəzifələrindən sui-istifadə edən həkimlər var\'\' - Dövlət Agentliyi
Hazırda oxunan: \'\'Vəzifələrindən sui-istifadə edən həkimlər var\'\' - Dövlət Agentliyi
Hazırda oxunan: \'\'Vəzifələrindən sui-istifadə edən həkimlər var\'\' - Dövlət Agentliyi
5985
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.