Türkiyədə müalicə olunan Xalq artisti Rasim Balayevin vəziyyəti stabildir.
Bizim.Media xəbər verir ki, məlumatı “Oxu.az”a aktyorun oğlu Ülvi Balayev verib.
O bildirib ki, həkimlər atasının vəziyyətinin stabilləşdiyini bildiriblər:
"Həkimlərin dediyinə görə, vəziyyəti normallaşır, müalicələr müsbət nəticə verir. Hər gün müsbətə doğru dəyişir. Mütəmadi əlaqə saxlayırıq. Həkimlər bildiriblər ki, bir müddət həyəcanlanmaq olmaz. Ona görə də çox narahat etmirik. Qardaşım yanındadır, onunla tez-tez danışırıq. Yəqin ki, yaxın vaxtlarda vəziyyəti tam normallaşacaq və həkimlərin məsləhət bildiyi vaxtda Bakıya qayıdacaq".
Xatırladaq ki, R.Balayevin səhhəti bir neçə gün öncə pisləşib və o, Türkiyədə klinikalardan birinə yerləşdirilib.
Aktyor uzun müddətdir şəkərli diabet və qan təzyiqi xəstəliklərindən əziyyət çəkir.
Bakıda müalicələrdən sonra Xalq artistində immunitet zəifliyi yaranıb və səhhəti pisləşib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:34 / 26.02.2026
Türkiyədə müalicə olunan Rasim Balayevin SON DURUMU
Hazırda oxunan: Türkiyədə müalicə olunan Rasim Balayevin SON DURUMU
Hazırda oxunan: Türkiyədə müalicə olunan Rasim Balayevin SON DURUMU
598475
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































