Xalqımız soyqırımı qurbanlarının xatirəsini belə yad etdi – FOTOREPORTAJ

Hazırda oxunan: Xalqımız soyqırımı qurbanlarının xatirəsini belə yad etdi – FOTOREPORTAJ

598465

Bu gün Xocalı faciəsinin 34-cü ildönümüdür. Bir sıra dövlət rəsmiləri və paytaxt sakinləri soyqırım qurbanlarının xatirəsini anmaq üçün Bakıda ucaldılmış "Ana harayı" abidəsini ziyarət ediblər.

Xatırladaq ki, Xocalı soyqırımından 34 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərini yerlə bir edib. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1 275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Bizim.Media-nın hazırladığı fotoreportajı təqdim edirik:



















İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin