Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasından ixtisarlarla bağlı xəbərlərə REAKSİYA

Hazırda oxunan: Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasından ixtisarlarla bağlı xəbərlərə REAKSİYA

598458

Son günlər bəzi xəbər saytlarında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) bir neçə əməkdaşın işdən azad olunması ilə bağlı həqiqətə uyğun olmayan və əsassız məlumatlar yayılıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından məlumat verilib.

“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq bildiririk ki, fəaliyyətimizə və işgüzar nüfuzumuza xələl gətirən bu cür yanlış və ictimaiyyəti çaşdıran məlumatların yayılması qəbuledilməzdir və jurnalistika etikasına sığmır. Media subyektlərini dərc etməzdən əvvəl xəbəri rəsmi mənbələrdən dəqiqləşdirməyə, peşə etikasına riayət etməyə və qüvvədə olan media qanunvericiliyinin tələblərinə əməl etməyə çağırırıq.

AHİK ilə bağlı bu yanlış və əsassız məlumatı yayımlayan media orqanlarından təkzib vermələrini və gələcək fəaliyyətlərində daha diqqətli olmalarını xahiş edirik” – məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin