Hüseyn Həsənov günahını etiraf etmədi

Hazırda oxunan: Hüseyn Həsənov günahını etiraf etmədi

598452

Cinayət yolu ilə əldə edilmiş vəsaitlərin yuyulmasında ittiham olunan azərbaycanlı videobloger Hüseyn Həsənov 170 milyon rubl (3,7 milyon manatdan çox) məbləğində vergi borcunu ödəyib.

Bu barədə Bizim.Media TASS-a istinadən məlumat yayıb.

Blogerin vəkili bildirib ki, Həsənov vergi borcunu hələ 2024-cü ildə bağlayıb:

“Hüseyn Həsənov 2024-cü ildə 170 milyon rubl vergi borcunu ödəyib, cərimə və dəbbə pulları ilə birlikdə ümumi məbləğ təxminən 300 milyon rubl (6,6 milyon manatdan çox) təşkil edib”.

Vəkil əlavə edib ki, çirkli pulların leqallaşdırılmasında ittiham olunan müdafiə etdiyi şəxs özünü təqsirli hesab etmir.

Xatırladaq ki, daha əvvəl prokurorluq Həsənov barəsində cinayət işi üzrə ittiham aktını təsdiqləyib. Ona Rusiya Federasiyası Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi (şəxsin özü tərəfindən törədilmiş cinayət nəticəsində əldə edilmiş vəsaitlərin leqallaşdırılması) üzrə qiyabi ittiham irəli sürülüb. üseyn Həsənov qiyabi həbs edilib və axtarışa verilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin