Günəşin səthindən ləkələr yoxa çıxır

Hazırda oxunan: Günəşin səthindən ləkələr yoxa çıxır

598449

Günəşin səthindən ləkələr yoxa çıxmaqda davam edir. Yaxın illərdə onların əmələ gəlməsi təsadüfi xarakter daşıyacaq, buna görə də ulduzun aktivliyini proqnozlaşdırmaq mümkün olmayacaq.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Günəş astronomiyası laboratoriyasının rəhbəri Sergey Boqaçev bildirib.

Alimin sözlərinə görə, hazırda Günəş aktivliyi ümumi tsiklin zəifləməsi səbəbindən parçalanma mərhələsinə daxil olur.

“Əslində, artıq fasiləsiz aktivlik müşahidə olunmur”, - deyə o bildirib.

Xatırladaq ki, fevralın 22-də Günəşin səthindən 2021-ci ildən bəri ilk dəfə olaraq beş ləkə yoxa çıxıb. Alimlər izah edir ki, ləkələrin yoxluğu adətən minimal günəş aktivliyi fazası ilə əlaqədar olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin