SON DƏQİQƏ! İran Azərbaycanla sərhəd boyunca hava məkanını bağladı - FOTO

Hazırda oxunan: SON DƏQİQƏ! İran Azərbaycanla sərhəd boyunca hava məkanını bağladı - FOTO

598426

İran Azərbaycanla sərhəd boyunca hava məkanının bağlanması ilə bağlı NOTAM bildirişi yayıb. Məlumata görə, qadağa Xəzər dənizində Azərbaycanla sərhəd boyunca yerləşən bütün dəniz zonasına şamil edilir.

Bizim.Media xəbər verir ki, İran KİV-lərinin məlumatına əsasən, son saatlarda İran ordusuna məxsus pilotsuz uçuş aparatlarının fəallığı artıb. Ekspertlərin fikrincə, bu, həmin ərazidə hərbi təlimlərin keçirildiyini göstərir.

Təlimlər ABŞ-ın regionda hərbi mövcudluğunu artırması və İrana qarşı mümkün əməliyyatlarla bağlı təhdidlər fonunda baş tutur.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai bildirib ki, İslam Respublikası ABŞ tərəfindən ediləcək hətta “məhdud zərbə”ni belə təcavüz aktı kimi qiymətləndirəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin