Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.
Bizim.Media xəbər verir ki, dövlət və hökumət rəsmiləri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.





Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:36 / 26.02.2026
Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
Hazırda oxunan: Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
Hazırda oxunan: Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
598383
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































