Oruc tutanlar üçün qızıl QAYDALAR

Hazırda oxunan: Oruc tutanlar üçün qızıl QAYDALAR

598372

Ramazan ayında uzun saatlar ac qalmaq gün ərzində halsızlıq yarada və iftar vaxtı həddindən artıq yeməyə səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, mütəxəssislərin fikrincə, enerjini qorumaq və iftarda çox yeməmək üçün ilk növbədə səhuru buraxmamaq vacibdir.

Proteinlə zəngin qidalar, lifli məhsullar və tərəvəzlər toxluq hissini daha uzun müddət saxlayır və gün ərzində enerjinin stabil qalmasına kömək edir.

Qeyd olunur ki, sadə karbohidratlar ağ çörək, şirniyyat və şəkərli içkilər qısa müddətli enerji versə də, tez acmağa səbəb olur. Onların əvəzinə kompleks karbohidratlara üstünlük vermək daha məqsədəuyğundur. Həmçinin iftarla imsak arasında kifayət qədər su içmək vacibdir, çünki susuzluq bəzən aclıq hissi ilə qarışdırılır.

Mütəxəssislər tövsiyə edirlər ki, orucu yüngül şəkildə su və xurma ilə açmaq, daha sonra şorba ilə davam etmək mədəni yormur və həddindən artıq yeməyin qarşısını alır. Ağır və yağlı yeməklər isə halsızlıq yarada bilər. Bununla yanaşı, yuxu rejiminə əməl etmək də vacibdir.

Vaxtında yatmaq və kifayət qədər istirahət etmək gün ərzində enerjini qorumağa və iştahanı nəzarətdə saxlamağa kömək edir. (Milli.Az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin