Şəkidə İkinci Qarabağ müharibəsi şəhidi Elnur İsmayılovun 25 illik yubileyinə həsr olunmuş "Əbədiyyətə ucalan 19-cu bahar" adlı tədbir keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhid ailələri, qazilər, bir sıra dövlət orqanlarının nümayəndələri, mədəniyyət və təhsil işçiləri, hərbiçilər iştirak ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Elnur İsmayılovun həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.
Tədbir boyu şəhidin əziz xatirəsinə həsr olunmuş rəqs nömrələri nümayiş etdirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
20:22 / 25.02.2026
Şəkidə şəhid Elnur İsmayılovun xatirəsi anıldı - FOTO
Hazırda oxunan: Şəkidə şəhid Elnur İsmayılovun xatirəsi anıldı - FOTO
Hazırda oxunan: Şəkidə şəhid Elnur İsmayılovun xatirəsi anıldı - FOTO
598331
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































