Fevralın 15-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirildi.
Nəticəsindən narazı olan və yaxud imtahanda iştirak etməyən bakalavrlar isə II cəhd imtahanına hazırlaşırlaşırlar. Buna görə də onlar üçün mümkün zaman, imtahanın nə zaman keçiriləcəyi maraqlıdır.
Xatırladaq ki, 2024-cü ildə II cəhd imtahanı 28 apreldə, 2025-ci ildə isə mayın 11-də keçirilib.
Bəs bu il, magistraturaya qəbul imtahanı nə vaxt keçiriləcək?
Bizim.Media mövzuyla bağlı Dövlət İmtahan Mərkəzinə sorğu ünvanlayıb. DİM-in mətbuat katibi Xanlar Xanlarzadə sorğumuza cavab olaraq bildirib ki, magistraturaya qəbul üzrə II cəhd imtahanının may ayında keçirilməsi nəzərdə tutulur.
Qurum rəsmisi qeyd edib ki, imtahanın dəqiq günü müəyyənləşdikdə məlumat veriləcək.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:00 / 25.02.2026
Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ – II cəhd imtahanının vaxtı ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ – II cəhd imtahanının vaxtı ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ – II cəhd imtahanının vaxtı ilə bağlı RƏSMİ AÇIQLAMA
598312
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































