Antibiotik xəstəxanada, peyvənd isə HƏR YERDƏ – Professordan MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Antibiotik xəstəxanada, peyvənd isə HƏR YERDƏ – Professordan MÜHÜM AÇIQLAMA

598308

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tibbi protokollarına əsasən, inyeksiya (“iynə vurulması”) və venadaxili infuziya (“sistemin köçürülməsi”) ilkin tibbi-sanitariya müəssisələrinin xidmət sahəsinə daxil deyil, yəni tibb məntəqələrində həyata keçirilə bilməz. Ancaq peyvəndlərlə bağlı isə bu qaydalar bir qədər fərqlidir.

Belə ki, epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydasına görə, profilaktik peyvəndlər tibb müəssisələrində, yəni tibb məntəqələrində, kabinetlərində tibb işçiləri tərəfindən aparıla bilər.

Ancaq nəzərə almaq lazımdır ki, kənd və qəsəbələrdə fəaliyyət göstərən tibb məntəqələrinin durumu uzun illərdir müzakirə mövzusudur. Bəzi bölgələrdə tibbi xidmətin keyfiyyəti və əlçatanlığı ciddi problemlərlə üz-üzədir. Əsas çətinliklərdən biri maddi-texniki bazanın zəif olmasıdır. Bir sıra tibb məntəqələrində avadanlıqlar köhnəlib, bəzilərində isə zəruri tibbi cihazlar ümumiyyətlə yoxdur. Kadr çatışmazlığı da diqqətçəkən məqamlardandır.

Antibiotiklərin vurulması və sistemin köçürülməsi kimi peyvəndlərin də  iri xəstəxanalarda tətbiqi doğru olmazmı?

Mövzu ilə bağlı Bizim.Media-ya bu barədə danışan tibb eksperti professor Adil Qeybulla deyib ki, hər halda inyeksiyaların və infuziyalar yalnız klinikada olmalıdır:

"Dünyanın hər yerində olduğu kimi xəstəxanalarda həyata keçirilməlidir ki, müxtəlif ağırlaşmaların, ölüm hadisələrinin qarşısı alınsın".

Bəs peyvənd harada həyata keçirilməlidir?

Həkim qeyd edib ki, peyvəndin harada vurulması dövlətin qərarıdır:
 

“Dünyanın digər ölkələrində olduğu kimi bizdə də hər hansı bir tibb məntəqəsində edilə bilər. Bu, problem deyil. İstənilən rayonda mərkəzi xəstəxana var. Mütləq deyil ki, bu, tibb məntəqəsində həyata keçirilsin. Düşünürəm ki, bütün respublika üzrə ümumi tibbi strukturları nəzərə alaraq peyvəndlənmənin həyata keçirildiyi yer istərsə şəhərin mərkəzində, iri şəhərlərdə, istərsə də rayonlarda müəyyən edilməlidir".


Adil Qeybulla təklif edir ki, peyvəndin vurulması icbari olsun:

"Peyvənd bu gün uşaqlar arasında tələfatının qarşısını alan əsas amildir. Hər bir uşağın milli peyvənd kitabçası olmalıdır. Peyvəndlərin aparılması isə icbari olmalıdır, bunu valideynin öhdəsinə, arzusuna buraxa bilmərik, mütləq edilməlidir".

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin